» » Qərb mediasında yeni gündəm – İt əti yeyən avropalılar


Qərb mediasında yeni gündəm – İt əti yeyən avropalılar

10-12-2014, 12:30
Oxunub: 600
Çap et
Qərb mediasında yeni gündəm – İt əti yeyən avropalılar


Pişik və it əti yeyənlər deyəndə ağıla dərhal uzaq şərq gəlir, ancaq dünyanın ən zəngin ölkələrindən İsveçrədə bu gün hələ də it və pişik əti yeyilir.

milliyyet.az Axar.az- a istinadən xəbər verir ki, bu mövzu İsveçrə qəzetinin xəbəri ilə yenidən gündəmə gəlib. Ölkədə heyvanları qoruma məqsədi ilə qurulan “SOS Chats Noiraigue” adlı qrupunun başçısı Tomi Tamek belə açıqlama verib:

“İsveçrəlilərin yüzdə üçü (250 min adam) gizlicə pişik və it əti yeyir”.

Pişik ətinin bəzi bölgələrdə Milad yeməyi olaraq yeyildiyi, ağ şərab və sarımsaqla bişirildiyi iddia edilib. İsveçrədə pişik, it əti satmaq qadağandır, ancaq yeyilməsinə qadağa qoyan bir qanun yoxdur. 1993-cü ildə minlərlə imzalı ərizə ilə hökumətə yasaq üçün müraciət olunsa da, o dövrün hüquqşünasları bunun fərdi seçim olduğunu bildirərək qanunu təsdiqləməyiblər. 2012-ci ildə bir İsveçrədə çap olunan bir qəzetin iddialarına görə, ən çox əti yeyilən it cinsi rotveylerdir.



Reytinq: