» » MTRŞ-dən Zaurun xalatda efirə çıxmasına – MÜNASİBƏT


MTRŞ-dən Zaurun xalatda efirə çıxmasına – MÜNASİBƏT

19-03-2018, 14:20
Oxunub: 272
Çap et
MTRŞ-dən Zaurun xalatda efirə çıxmasına – MÜNASİBƏT


ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında aparıcı Zaur Baxşəliyevin hamam xalatında efirə çıxması sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

Oxu.Az xəbər verir ki, məsələyə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.

O qeyd edib ki, burada qanunvericilik və mənəvi dəyərlər baxımından heç bir pozuntu aşkarlanmayıb:

“Yayımçıların efiri daimi nəzarətindədir. Ancaq biz şou proqramlarda hər şeyə müdaxilə edə bilmərik. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan “Zaurla Günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından problem və narahatlıq doğuran ciddi hal yoxdur”.



Reytinq: