» » Ərinin qardaşı qızıyla qaçdığını deyən qadından ŞOK ADDIM


Ərinin qardaşı qızıyla qaçdığını deyən qadından ŞOK ADDIM

6-04-2017, 13:46
Oxunub: 587
Çap et
Ərinin qardaşı qızıyla qaçdığını deyən qadından ŞOK ADDIM


Həyat yoldaşının qardaşı qızıyla qaçdığını deyən Həmidə Səfərova atası evindən çıxıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkə.az-a H.Səfərova özü məlumat verib.

O, "bu cür qarşılıqlı ittihamlardan sonra ora qayıtmağınız təhlükəli deyilmi" sualını Səfərova belə cavablandırıb: "Hazırda yoldayam, Gəncəyə-evimə gedirəm. Vəziyyətim çox ağırdır, üçüncü övladımın səhhətində problemlər var. Yoldaşım ortaya çıxsın, övladlarına sahib dursun, ya da aliment ödəsin. Evdən çıxanda ailəmə də demişəm ki, telefonuma zəng çatmasa, bilin ki orada məni öldürüblər. Hər şeyə hazıram və bilirəm ki, məni öldürə də bilərlər. Ancaq aidiyyatı qurum rəhbərlərindən xahiş edirəm, aliment almağımda, digər məsələlərdə mənə yardımçı olsunlar".

Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.

Oxunma sayı : 9945



Reytinq: