» » Ölənlərin ikisinin adı bəlli oldu - Mələyin 17 yaşı olub... - FOTOLAR


Ölənlərin ikisinin adı bəlli oldu - Mələyin 17 yaşı olub... - FOTOLAR

15-03-2017, 14:25
Oxunub: 471
Çap et
Ölənlərin ikisinin adı bəlli oldu - Mələyin 17 yaşı olub... - FOTOLAR


Xırdalan şəhərində dəhşətli hadisə baş verib
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan 5 nəfər dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.

Mələk Abbasova və Turanə Xalıyeva adlı qızlar 2ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva jurnalistlərə açıqlamasında bildirib ki, ölən tələbələr günorta növbəsində oxuyublar.

Ölənlərin ikisinin adı bəlli oldu - Mələyin 17 yaşı olub... - FOTOLAR



Reytinq: