DataLife Engine > Mədəniyyət, Maraqlı > Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır

Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır


3-05-2019, 21:43. Разместил: sehriyar
Mübariz Mənsimov sosial şəbəkədə videosu yayılan şəxsi Türkiyəyə müalicəyə aparır


Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov üzü tanınmaz hala düşən Ağdaş rayon sakini Ramin Məmmədova yardım edəcək.

Bu barədə iş adamı özü xəbər verib. M. Mənsimov Ramin Məmmədovla əlaqə qurulacağını və Türkiyəyə aparılacağını deyib:

"Mütləq yardım edəcəyəm. İnşallaah sabah onunla əlaqə saxlayıb İstanbula gətirəcəklər”.

Xatırladaq ki, R. Məmmədovun üzünün sol nahiyəsində böyük şiş əmələ gəlib. Getdikcə daha da böyüyən şiş onu tanınmaz hala salıb. Bakıda fəhləliklə pul qazanan R. Məmmədov artıq uzun müddətdir xəstəlik səbəbilə işləyə bilmir

Yeniavaz.com
Вернуться назад