DataLife Engine > Mədəniyyət > Polis generalı vəfat etdi

Polis generalı vəfat etdi


4-05-2017, 11:48. Разместил: sehriyar
Polis generalı vəfat etdi


S.Mehrəliyev bir neçə ay əvvəl təqaüdə çıxmışdı
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Вернуться назад