» » Vəziyyəti pisləşən sənətçi: "Ölümlə üz-üzəyəm"


Vəziyyəti pisləşən sənətçi: "Ölümlə üz-üzəyəm"

13-04-2016, 12:46
Oxunub: 758
Çap et
Vəziyyəti pisləşən sənətçi: "Ölümlə üz-üzəyəm"
Vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılan aşıq Azər Xanlaroğlu dünən Azərbaycana qayıdıb.

Səhhəti ilə bağlı publika.az-a danışan aşıq türk həkimlərinin son qərarını da açıqlayıb: "Türkiyədə müayinə olundum. Bakıdan apardığım analizlərə baxmadılar, yeni analizlər götürdülər. Həkimlər bildirdilər ki, təcili mənə qaraciyər köçürülməlidir. Əks halda, həyatımı itirəcəm. Bu əməliyyat üçün donor və 100 min pul lazımdır, bu da məndə yoxdur. Bakıya qayıtmışam, çarə tapmalıyam. Yəqin ki, mənə kömək olunmasa, qaraciyərim dəyişdirilməsə, bu, ölümlə nəticələnəcək. İndi də ölümlə üz-üzəyəm".



Reytinq: