» » 20 Yanvar faciəsinin növbəti ildönümü teatr və konsert müəssisələrində qeyd olunur


20 Yanvar faciəsinin növbəti ildönümü teatr və konsert müəssisələrində qeyd olunur

15-01-2015, 14:01
Oxunub: 1191
Çap et
20 Yanvar faciəsinin növbəti ildönümü teatr və konsert müəssisələrində qeyd olunur

20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü teatr və konsert müəssisələrində, kitabxanalarda, mədəniyyət ocaqlarında silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Bu münasibətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş olunub.

milliyyet.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun “Xəcalət”, yanvarın 20-də isə İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşaları təqdim olunacaq.

Anım tədbirləri çərçivəsində yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Firəngiz Əlizadənin “İntizar “ operasının nümayişi reallaşacaq. Elə həmin gün Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş gecə keçiriləcək. Tədbirdə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və solistlər çıxış edəcəklər.

Yanvarın 18-də tamaşaçılar Yuğ Dövlət Teatrında Ülviyyə Heydərovanın “Yad. Daş” adlı səhnə əsərini, yanvarın 20-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasını izləyə biləcəklər.

Şuşa Dövlət Musiqili Dram və İrəvan Dövlət Azərbaycan Dram teatrlarında da 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş tamaşalar təqdim olunacaq.



Reytinq: