» » Azərbaycanlı aktyor bu duruma düşdü – FOTO


Azərbaycanlı aktyor bu duruma düşdü – FOTO

25-02-2016, 18:32
Oxunub: 962
Çap et
“İndi heç kimə lazım deyiləm”.
Azərbaycanlı aktyor bu duruma düşdü – FOTO
Aktyor Allahverdi Yolçuyev həmkarlarının maaşlarının artırılmasını istəyib.

Oxu.Az xəbər verir ki, aktyor istəyini sosial şəbəkədə dilə gətirib:

“Millət vəkillərimizdən, aidiyyatı qurumlardan xahiş edirəm ki, mədəniyyət işçilərinin maaşını artırın. Sənətkar xalqın simasıdır, o yaxşı yaşamalıdır ki, yaxşı da yaratsın.

Gözünüz önündə kino, teatr, musiqi tənəzzülə uğrayır, buna imkan verməyin.

Mənim 58 yaşım var, onlarla tamaşalarda oynamışam, minlərlə film səsləndirmişəm, neçə-neçə filmə çəkilmişəm. Amma indi heç kimə lazım deyiləm.

Niyə? Radio, televiziyada nə qədər fondda obrazlarım var, iyirmi ilə yaxın “Ovçu Pirim” obrazı ilə uşaqları sevindirmişəm, eləcə də aktyor həmkarlarım sənət üçün canlarını verirlər. 38 ildir sənətdəyəm, nə fəxri adım var, nə işim, nə də maaşım. İndi heç olmasa, dublyaja gedib bir təhər dolanırıq.

Bəs lap yaşa dolanda neyləyəcəyik? Axırıncı suala cavab lazım deyil, şəklə baxsanız biləcəksiniz. Hörmətli, səs verib seçdiyimiz millət vəkilləri sizdən kömək gözləyirik”.

Bununla bağlı Oxu.Az-ın əməkdaşı aktyorla əlaqə saxlayıb:

“Mən həmin şərhimdə tək özümü deyil, bütün teatr və kino aktyorlarını nəzərdə tutmuşam. Biri çıxır efirdə ağlayır, digəri ev istəyir və s. Mən isə sadəcə reallığı yazmışam. Mən aktyoram, nəyə görə toyda tamadalıq edib pul qazanmalıyam? Mən səhnədə olmalıyam.

160 manat maaşla ailə dolandırmaq olmur axı!

Sadəcə reallığı çatdırmaq istəyirəm”.



Reytinq: