» » Türkiyənin İzmit şəhərində “Xocalı şəhidləri” abidəsi ucaldılacaq


Türkiyənin İzmit şəhərində “Xocalı şəhidləri” abidəsi ucaldılacaq

13-01-2015, 22:14
Oxunub: 1503
Çap et
Türkiyənin İzmit şəhərində “Xocalı şəhidləri” abidəsi ucaldılacaq

Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq.

milliyyet.az AzərTAc-a istinadla xəbər verir ki, bələdiyyənin layihəsi əsasında inşa ediləcək abidənin açılışı fevralın 26-na planlaşdırılır. Hündürlüyü 3,30 metr olacaq “Xocalı şəhidləri” abidəsi şəhərin Yenişəhər Məhəllə meydanında qoyulacaq. Dizayndakı Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığının, səmaya doğru yüksələn sütunlar isə şəhidliyin rəmzlərini ifadə edəcək.

Abidənin ucaldılması ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi dəhşətli soyqırımın daim xatırlanması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.



Reytinq: