
Azərbaycan ifaçılıq mədəniyyətinin əvəzedilməz siması olan Rəşid Behbudovun yubileyi öz adını daşıyan Mahnı Teatrında çoşğu ilə qeyd edilib.
Dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.
ANS PRESS-in məlumatına görə, yubiley münasibəti ilə onun repertuarından olan mahnılar səsləndirilib.
Konsertdə "İlin favoriti", "The First", "Number One" və bir çox mükafatlara layiq görülmüş türk sənətçisi Oya Ergün, xalq artisti Azər Zeynalov müğənnilər Xəyyam və Aynur səhnəyə çıxıblar.
İfaçılar Azərbaycan Simfonik Estrada Orkestrinin müşayiəti ilə Behbudovun əsərlərini səsləndiriblər. Məşhur cazmen və pianoçu Salman Qəmberovun rəhbərlik etdiyi orkestrin dirijoru Azer Allahverdiyev olub.
Oya Ergün R. Behbudovun repertuarından Tofiq Quliyevin "Senə də qalmaz" bəstəsini ifa edib. Onu pianoda Salman Qəmbərov müşayiət edib.