» » Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq


Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq

12-01-2015, 20:17
Oxunub: 1811
Çap et
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq

Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq.

milliyyet.az-ın APA-ya istinadən məlumatına görə, yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təqdim olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları ifa edəcəklər.



Reytinq: