» » Səhhəti pisləşən xalq artisti: “Dedilər ölənə qədər…”


Səhhəti pisləşən xalq artisti: “Dedilər ölənə qədər…”

30-10-2015, 15:41
Oxunub: 987
Çap et
Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətində problemlər yaranıb.
Səhhəti pisləşən xalq artisti: “Dedilər ölənə qədər…”
Publika.az-a açıqlama verən aktyor müalicə kursu keçdiyini bildirib:

“Heç yerə çıxa bilmirəm, çünki səhhətimdə problemlər yaranıb. Keçən il Türkiyədə keçirdiyim sinir əməliyyatından sonra bir müddət İranda müalicə olundum. Səhhətim düzəlmişdi, amma yenidən xəstələndim. Qan dövranımda problemlər yaranıb. Həkimlər evdə məni nəzarət altında saxlayır, dava-dərman qəbul edirəm”.

Həkimlərin qənaəti necədir?

Xalq artisti sualı özünəməxsus yumorla cavablandırıb:

“Həkimlər deyir ki, qorxma, ölənə qədər yaşayacaqsan. Deyirlər, özünə yaxşı bax, mən də tez-tez güzgüyə baxıram. Yeməyinə fikir ver deyirlər, mən də beş boşqab yeyirəm, amma yenə də ac qalıram”.



Reytinq: