Əli İnsanov bu gün evə buraxıla bilər » Milliyet.Az

Əli İnsanov bu gün evə buraxıla bilər

Sabiq səhiyyə naziri Əli İnsanov dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edilib.
Əli İnsanov bu gün evə buraxıla bilər
Keçmiş nazirin hüquqlarını müdafiə edən vəkil Toğrul Babayevin modern.az saytına verdiyi məlumata görə, onun yas mərasimində iştirak edib-etməyəcəyi bu gün axşam saatlarında bəlli olacaq.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
  • Sosial şəbəkədə paylaş