» » Dünyasını dəyişmiş Əməkdar artistimizin — SON FOTOSU


Dünyasını dəyişmiş Əməkdar artistimizin — SON FOTOSU

24-10-2015, 19:22
Oxunub: 1278
Çap et
Bu da son...
Dünyasını dəyişmiş Əməkdar artistimizin — SON FOTOSU
Ölkə.Az xəbər verir ki, bu gün dünyasını dəyişmiş Əməkdar artist Gülnar Salmanovanın evindən fotolar yayılıb.

Xatırladaq ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı. Əməkdar artist. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, 58 yaşlı artist xərçəng və şəkərli diabetdən əziyyət çəkirdi.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdü.

Yayılan son fotoları təqdim edirik:
Dünyasını dəyişmiş Əməkdar artistimizin — SON FOTOSUDünyasını dəyişmiş Əməkdar artistimizin — SON FOTOSU



Reytinq: