» » Türkiyə mətbuatı Xoşqədəm barədə yalan yazdı (FOTO,VİDEO)


Türkiyə mətbuatı Xoşqədəm barədə yalan yazdı (FOTO,VİDEO)

6-07-2015, 15:07
Oxunub: 1309
Çap et
Aparıcı Türkiyə KİV-nə açıqlama verərək yanlışlığa aydınlıq gətirəcəyini deyir
Türkiyə mətbuatı Xoşqədəm barədə yalan yazdı (FOTO,VİDEO)
Türkiyə mediası 1 ildir evli olan Xoşqədəm Hidayətqızı ilə Doğuşun övladlığa uşaq götürdüyünü yazır. Xoşqədəm Hidayətqızı isə açıqlamasında yazılanların yanlış olduğunu və Doğuşun verilişə gətirilən körpəni övladlığa götürməkdən imtina etdiyini bildirdi.

“Türkiyə mətbuatı düzgün yazmır. Biz o uşağı övladlığa götürəsi olmadıq. Vəziyyət elə dəyişdi ki, Doğuş bu fikrindən daşındı. O balaca qızı mənim "Sən tək deyilsən" verilişimə nənəsi gətirmişdi. Deyirdi ki, atası körpədən imtina edib və doğulandan özü saxlayır. Mən körpəni çox sevdim və Doğuşa bu uşağı övladlığa götürməmizi təklif etdim. Biz onsuz da övladlığa uşaq götürməyi planlaşdırırıq. Hətta Suriyadan belə olsa, razıyıq.



Reytinq: