"O, Alim Qasımov qarşısında baş əydi" » Milliyet.Az

"O, Alim Qasımov qarşısında baş əydi"

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mətbuat konfransı keçirib
"O, Alim Qasımov qarşısında baş əydi"
"Açılış Mərasiminin tərtibatçısı,dəyərli bədii direktorumuz Dimitris Papaioannou Alim Qasımovla görüşü zamanı çox heyrətləndi".
milliyyet.az-ın məlumatına görə, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Dimitris Papaioannou Mərasimlə bağlı Alim Qasımovla görüşüb. Növbəti görüşlərə Alim Qasımovun yeni ideyalarla gəlməsindən sonra Dimitris onun qarşısında baş əydiyini söylədi.

“Açılış mərasiminin ideyasının bütün quruluşu Papaioannoundur. O, Azərbaycan mədəniyyəti xeyli araşdırıb və bizim mədəniyyətimizə vurulub. Biz Azərbaycan üçün böyük bir dost qazanmışıq”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, ötən gün baş tutan açılış mərasimi bütün dünyanı heyran edib. Mərasimdə işıq effektləri, şou, dünya şöhrətli Ledi Qaqanın çıxışı, rəqqasların ifaları maraqlı anlar yaşadıb.

I Avropa Oyunlarının bağlanış mərasimi iyunun 28-də olacaq.


"Açılış Mərasiminin tərtibatçısı Dimitris Papaioannou
  • Sosial şəbəkədə paylaş