» » Əbdülhey qayıdır -SSENARİ DƏYİŞDİ


Əbdülhey qayıdır -SSENARİ DƏYİŞDİ

2-06-2015, 16:33
Oxunub: 886
Çap et
Uzun illərdir “Kurtlar Vadisi”ndə Əbdülhey obrazını canlandıran, lakin daha sonra layihədən uzaqlaşan aktyor Kənan Çoban yenidən seriala qayıdır.

Əbdülhey qayıdır -SSENARİ DƏYİŞDİmilliyyet.az-ın axşam.az-a istinadən məlumatına görə, ekran işinin monotonluğundan sıxıldığını deyərək oradan uzaqlaşan aktyor ssenariyə əsasən öldürülmüşdü.

Bir müddət ATV-də yayımlanan “Bəyaz qərənfil” serialında baş rolda çəkilən Kənan istənilən nəticəni əldə edə bilməyib. Reytinq yığa bilməyən serialın yayımı dayandırıldığından aktyor uzun müddət ekranlardan uzaq düşmüşdü.

Yenidən “Kurtlar vadisi”nə qayıtmağa qərar verən K.Çoban bunun üçün “Pana Film” prodüser şirkəti ilə danışıqlara başlayıb və Əbdülhey obrazının yenidən canlandırılması üçün ekran işinin ssenarisində bəzi dəyişikliklər edilməli olub.

Əbdülhey ya üz nəqli edilmiş şəkildə, yaxud da yaralı üzlə layihədə yer alacaq. Obrazın hansı seriyada və nə vaxt ekrana gələcəyi isə hələlik bilinmir.



Reytinq: