» » Nazirlik 8540 nəfərə yardım ayırdı


Nazirlik 8540 nəfərə yardım ayırdı

2-12-2014, 16:37
Oxunub: 1964
Çap et
Nazirlik 8540 nəfərə yardım ayırdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb.

Milliyət.az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, həyata keçirilən bu tədbir ümumilikdə 8540 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı əhatə edir. Ümumi məbləği 256 200 manat olan birdəfəlik maddi yardımların qeyd olunan şəxslərin müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Bu ilin 9 ayında isə ƏƏSMN tərəfindən ümumilikdə 4633 nəfər əlilliyi olan şəxs ümumilikdə 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib.



Reytinq: