» » Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi


Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi

27-01-2019, 21:47
Oxunub: 114
Çap et
Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi


Millət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.
Milliyet.az Publika.az-a istinadən bildirir ki, E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib. Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda “Qurd Qapısı” məzarlığında dəfn edilib.

Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib.



Reytinq: