» » Vaqif Səmədoğlu vəfat etdi


Vaqif Səmədoğlu vəfat etdi

28-01-2015, 13:54
Oxunub: 686
Çap et
Azərbaycan ədəbiyyatına və ictimai həyatına ağır itki üz verib.
Vaqif Səmədoğlu vəfat etdi

Azərbaycanın Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu vəfat edib.

milliyyet.az-ın SalamNews-a istinadən məlumatına görə, xalq şairi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000- 2005), "Nəsimi" mükafatı laureatı (2014) Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb (1992-1994).

2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib.

Allah rəhmət eləsin!



Reytinq: