» » Azərbaycanın Xalq artisti vəfat edib


Azərbaycanın Xalq artisti vəfat edib

20-01-2018, 22:47
Oxunub: 58
Çap et
Azərbaycanın Xalq artisti vəfat edib


Xalq artisti, Dövlət mükafatı laureatı Gülcahan Güləhmədova-Martınova vəfat edib.

Bu barədə Səməd Vurğun adına Rus Dram teatrından məlumat verib.

G.G.Martınova həmin teatrda 30 il quruluşçu rejissor olaraq çalışıb.

O, xəstəlik nəticəsində, 92 yaşında dünyadan köçüb.

Qeyd edək ki, G.G.Martınova tanınmış aktrisa Məlahət Abbasovanın tanınmasında böyük rol oynayıb.
oxu.az



Reytinq: