» » Naibə Allahverdiyevanın ölüm xəbəri yayıldı - Xəstəxanaya çatdırıldığı və...


Naibə Allahverdiyevanın ölüm xəbəri yayıldı - Xəstəxanaya çatdırıldığı və...

22-03-2017, 14:48
Oxunub: 813
Çap et
Naibə Allahverdiyevanın ölüm xəbəri yayıldı - Xəstəxanaya çatdırıldığı və...


Saytların birində Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyevanın dünyasını dəyişdiyi xəbəri yayılıb.

Belə ki, xəbərdə Naibə xanımın gecə saatlarında səhhətinin pisləşməsinə görə xəstəxanaya aparıldığı və daha sonra isə dünyasını dəyişdiyi bildirilib.

Sözügedən xəbərlə bağlı Əməkdar artistlə əlaqə saxladıq. Naibə Allahverdiyeva isə Metbuat.az-a açıqlamasında haqqında yazılanların şaiyə olduğunu dedi:

“Mən bilmirəm ki, hansı sayt haqqımda belə xəbər yayıb. Yəqin mənim düşmənlərim, məni istəməyənlərdir. Səhhətim çox yaxşıdır. Heç xəstəxanaya da getməmişəm. Düzdü, anam rəhmətə getdikdən sonra özümü çox pis hiss edirdim. Hətta müalicə də aldım. İndi özümü toparlamışam”.

Rəvan Nasiroğlu / Metbuat.az



Reytinq: