» » İlham Əliyev İran prezidentinə və Xameneyiyə başsağlığı verib


İlham Əliyev İran prezidentinə və Xameneyiyə başsağlığı verib

9-01-2017, 23:13
Oxunub: 219
Çap et
İlham Əliyev İran prezidentinə və Xameneyiyə başsağlığı verib


Prezident İlham Əliyev İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar hazırkı prezident Həsən Ruhaniyə və Ali rəhbər Ayətullah Xameneyiyə başsağlığı verib.

Ölkə başçısının Ayətullah Xamaneyiyə ünvanladığı məktubunda deyilir:

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Onun əziz xatirəsi daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 yanvar 2017-ci il



Reytinq: