» » Bakıda universitetin kafedra müdiri vəfat etdi


Bakıda universitetin kafedra müdiri vəfat etdi

13-12-2016, 13:15
Oxunub: 344
Çap et
Bakıda universitetin kafedra müdiri vəfat etdi


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) kafera müdiri vəfat edib.

“Report” xəbər verir ki, AMİU-nun “Tikinti-iqtisad” fakültəsinin “Nəzəri və İnşaat mexanikası”kafedrasının müdiri, texnika elmləri doktoru, professor Knyaz Ələsgər oğlu Əliyev 76 yaşında dünyasını dəyişib.

Qeyd edib ki, K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Amasiya rayonunda anadan olub. O, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - AzTU) mexanika fakültəsinə daxil olub. K.Əliyev 1969-cu ildə namizədlik dissertasiyasını, 1986-cı ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Professor K.Əliyev 1993-cü ildən Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olub.
O, 2009-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilib. 2006-cı ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.



Reytinq: