«Övladım dünya işığına həsrət qala bilər, kömək edin!» » Milliyet.Az

«Övladım dünya işığına həsrət qala bilər, kömək edin!»

«Övladım dünya işığına həsrət qala bilər, kömək edin!»


Övladı xəstə olan ana Azərbaycan ictimaiyyətinə müraciət etdi

“Övladımın bir yaşı olanda xərçəng diaqnozu ilə gözünün birini əməliyyatla götürdülər. Hazırda 7 yaşı var və bir gözü protezdir. Ancaq bir müddət keçdikdən sonra digər gözündə də probıem yarandı. Zərifə Əliyeva adına göz insitututundakı həkimlər bildirdilər ki, uşağın təmiz görməsini itirməməsi üçün təcili kimyaterapiyaya başlanmalıdır. Ancaq bunun üçün maddi imkanım yoxdur...” -deyir 7 yaşlı İlfanın anası Nigar Şirvanlı.

Valideynin bildirdiyinə görə, oğlu İlfan Mustafayev dünyaya göz açarkən beynində qansızma yaranıb. Həkimlərin diaqnozuna görə, o, serebral iflic olub: “Bu xəstəlik birbaşa beyinlə bağlı olduğuna görə uşağın hərəkətlərində də problem var. Bununla bağlı müalicə olunub. Lakin, 7 aylıq olarkən İlfanın gözləri çəpləşməyə başlayıb. Həkimlər gözündə xərçəng olduğunu dedilər və əməliyyatla gözünü götürdülər. İndi övladımın görmə qabiliyyətini tam itirmə təhlükəsi var. Həkim deyir ki, gözün mərkəzi hissəsi artıq tutulub. Qalan kənarları isə təcili müalicə olunarsa, saxlamaq olar. Görməsi az da olsa qalar”.


N.Şirvanlı qeyd edir ki, övladı xəstə olduğu üçün atası onları atıb. Gənc qadın hazırda valideynləri ilə birgə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanlar Ələkbərov küçəsində kirayədə qalır. Ancaq Nigar xanımın valideynləri də yaşlı olduğu üçün İlfanı müalicə etdirməyə gücləri çatmır: “Televiziyada və sosial şəbəkələrdə övladımın müalicəyə ehtiyacı olduğu haqda materiallar gedib. İmkanlı bir şəxsin yardımı ilə İlfanı Polşaya apardıq. Orda həkimlər müayinə etdikdən sonra bildirdilər ki, mütləq kimyaterapiya olunmalıdır. Ayaqları üçün də müalicənin davam etdirilməli olduğunu dedilər. Əks halda yeriməyini də itirə bilər. Polşada həkimlər dedilər ki, kimyaterapiya üçün 15 min dollar lazımdır. Xeyirxah insanların köməyi ilə 11 minə yaxın pul yığılıb. Təxminən 4600 dollar çatmır”.

“Bir ana kimi bütün imkanı yetən şəxslərdən kömək istəyirəm. Övladımın görmə qabiliyyətini itirməməsi üçün mənə kömək edin. Övladımın dünya işığından məhrum olmasına icazə verməyin. Hər bir ana övlad dərdinin nə qədər çətin olduğunu bilir, anlayır. İlfanımın problemlərinin bir hissəsini həll etməyimə, az da olsa onun sağlamlığının bərpa olunmasına görə kömək əlinizi uzadın. Hər bir yaxşılığın mütləq ki, qarşılığı olur. İnanmayanlar gəlib evimizə yaşam şəraitimizə, övladımın vəziyyətinə baxa bilər. Bir daha sizdən ana kimi xahiş edirəm, övladıma yardımçı olun” -deyə N.Şirvanlı əlavə edib.

İlfan Mustafayevə kömək etmək istəyən şəxslər Nigar Şirvanlı ilə əlaqə saxlaya bilər və ya aşağıda göstərilən bank hesabına MilliÖn vasitəsi ilə pul köçürə bilərlər.

Nigar Şirvanlı - 051-696-37-36
Bank Respublika - 380194403247876101 - 15287810
  • Sosial şəbəkədə paylaş