DataLife Engine > Maraqlı > WhatsApp növbəti yeniliyini təqdim etdi

WhatsApp növbəti yeniliyini təqdim etdi


23-11-2016, 22:45. Разместил: sehriyar
WhatsApp növbəti yeniliyini təqdim etdi


“WhatsApp” daha bir gecikmiş yeniliyini təqdim edib.

Oxu.Az xəbər verir ki, sosial platfomaya bundan sonra, göndərilən videoları yükləmədən izləmək mümkün olacaq.

Bu xəbər bir çox istifadəçini sevindirəcək, çünki onlar videonu açıb izləmək üçün onu yükləməli idi ki bu da bir qədər vaxt itkisinə səbəb olurdu. Yeni funksiya ilə artıq bu problem həll olunacaq.

Yenilik yalnız Android istifadəçiləri üçün keçərli xarakter daşıyır. Yaxın zamanda isə digər platformalar da bu yenilikdən yararlana biləcəklər.

Qeyd edək ki, istər sosial əlaqə vasitələri, istərsə də mesajlaşma xidmətləri hər gün öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edirlər. Bunun əsas səbəbi isə gün keçdikcə belə sosial platformaların çoxalmasıdır.

Belə ki, WhatsApp”-ın sonuncu yeniliyi isə istifadəçilərin canlı olaraq bir-biri ilə ünsiyyətini təmin etmək idi.

Mənbə: Technote.az
Вернуться назад