» » Kişilərin qara günü - Bu paltar yalanınızı açacaq-VİDEO


Kişilərin qara günü - Bu paltar yalanınızı açacaq-VİDEO

19-01-2015, 16:37
Oxunub: 745
Çap et
Kişilərin qara günü - Bu paltar yalanınızı açacaq-VİDEO

Belə getsə yalanların üstünü açmaq o qədər də çətin olmayacaq. Hollandiya və Böyük Britaniyadan olan mütəxəssislər insan danışığında demək olar ki, bütün yalanları üzə çıxaran paltar istehsal edib. Yalan sevməyən geyimi aldatmaq ehtimalı çox zəifdir.

milliyyet.az ATVxəbər.az-a istinadən bildirir ki, üzgüçü forması kimi insanın əyninə sıx oturan geyimə xeyli sayda həssas informasiya ötürücü yerləşdirilib. Bu qurğular danışan və ya hərəkətdə olan insanın bütün davranışlarını bir göz qırpımında təhlil edir və həmin insanın yalan danışıb-danışmadığını dəqiqləşdirir. İstehsalçılar deyir ki, hətta bu paltarı geyinən insan hansısa suala cavab verib verməməkdə tərəddüd etsə belə, o bunu üzə vurmasa da, geyim onun cavab verməkdən çəkindiyini aydınlaşdıra bilir.

On illərdir mütəxəssislər yalan informasiya verməyən yalan detektoru üzərində araşdırmalar aparır, ortaya ideal məhsul çıxarmağa çalışırdı. Yalanları ifşa edən geyim hələ ki, dünyanın ən uğurlu detektorudur. Bu formanın dəqiqliyi ən azı 82 faizdir. Bununla belə mütəxəssislər yaxın gələcəkdə həmin detektorun daha da təkmilləşdiriləcəyini bildirirlər.



Reytinq: