50 ildən sonra azad edilən filin göz yaşları - VİDEO+FOTO » Milliyet.Az

50 ildən sonra azad edilən filin göz yaşları - VİDEO+FOTO

50 ildən sonra azad edilən filin göz yaşları - VİDEO+FOTO


Heyvanlara qarşı qəddarlıq halları 21-ci əsrdə də şüurlu insanlar tərəfindən törədilməyə davam edir və onları onilliklərlə "əsirlikdə saxlamaq" qədər öz mənfəətlərini düşünən bəşər övladları çox təəssüf ki, hələ də var. Bu cür hallara qarşı mübarizə aparan insanların olması isə bizə hələ də ümid etməyin mümkün olduğunu başa salır.

İndi haqqında danışacağımız hadisə Hindistanda baş verib. Bu Raju adlı filin çox təsirli hekayəsidir. Raju həyatının 50 ilini zəncirlənərək, qəfəs içində keçirib. Bir müddət əvvəl isə vəhşi həyat üzrə mütəxəssislər, polis, veterenar və Meşə Komissiyasının birgə səyləri sayəsində fil azad edilib.

Bu hadisəni daha da təsirli edən şey isə, Rajunun azad olunmağa bir az qalmış ağlamağa başlamasıdır. Bütün bu müddət ərzində öz sahibləri tərəfindən incidilmiş və çox pis şərtlər altında saxlanılmış Rajunun bu axan göz yaşları ilə 50 illik əsirliyinin sonu gəlib çatmışdı.
50 ildən sonra azad edilən filin göz yaşları - VİDEO+FOTO

Fil 24 saat ərzində zəncirlənərək saxlanılırdı və bu miqyası biçilməz bir qəddarlıqdır. Rajunu azade dən insanlar onun göz yaşlarını görəndə gözlərinə inana bilməyiblər. Hər şey çox emosional alınıb. Onlar qeyd edir ki, həmin an hiss etdilər ki, Raju xilasolduğunu dərk edib.

Bütün bu səylərə qarşı isə Rajunun sahibləri heç bir mərhəmət göstərməyib, əksinə fili azad etməkdən boyun qaçırıblar. Lakin heyvansevərlər birləşərək, bu qərarın yerinə yetirilməsinə nail olublar.(pahoo.az)
50 ildən sonra azad edilən filin göz yaşları - VİDEO+FOTO

  • Sosial şəbəkədə paylaş