Azərbaycanda uşaqlara qoyulan maraqlı adlar » Milliyet.Az

Azərbaycanda uşaqlara qoyulan maraqlı adlar

Azərbaycanda uşaqlara qoyulan maraqlı adlar


Azərbaycanda uşaqlara maraqlı adların qoyulması hallarına yenə də rast gəlinir.

Trend xəbər verir ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalara görə, son 5 ildə Azərbaycanda 39 nəfərə Həkimə, 11 nəfərə Gilas, 1 nəfərə Gilanar, 53 nəfərə Hədiyyə, 1 nəfərə Ömürsürə, 1 nəfərə Ötgəm, 2 nəfərə Ölməz, 9 nəfərə Ata, 4 nəfərə Atanur, 1 nəfərə Atalar, 1 nəfərə Atahüseyn, 1 nəfərə Atdıxan, 1 nəfərə Adsız, 1 nəfərə Adalara, 1 nəfərə Adgün, 1 nəfərə Adbala, 1 nəfərə Adzad, 2 nəfərə Ümküs kimi adlar qoyulub.

Bununla yanaşı, son 5 ildə 38 nəfərə Sevanə, 3 nəfərə Sevay, 2 nəfərə Canı, 1 nəfərə Canım, 4 nəfərə Noğul, 1 nəfərə Seval, 1 nəfərə Seva, 9 nəfərə Xurma, 2 nəfərə Xurmayə, 1 nəfərə Quləli, 1 nəfərə İlkim, 1 nəfərə İliz, 1 nəfərə İlian, 1 nəfərə İlyada, 1 nəfərə İlayda Nuray, 1 nəfərə Evşən, 1 nəfərə Eskinaz, 1 nəfərə Əsər, 1 nəfərə Özgə, 1 nəfərə Özəl, 1 nəfərə Özbək, 6 nəfərə Kimya, 6 nəfərə Kainat, 10 nəfərə Quba, 6 nəfərə Qubaxanım, 7 nəfərə Duman, 4 nəfərə Dostu kimi adlar verilib.
  • Sosial şəbəkədə paylaş