» » Gürcü pinqvini Azərbaycan sərhədində


Gürcü pinqvini Azərbaycan sərhədində

17-06-2015, 15:14
Oxunub: 1017
Çap et
Gürcü pinqvini Azərbaycan sərhədindəTbilisi zooparkından qaçan Afrika pinqvini Azərbaycanda tapılıb. Belə ki, sel nəticəsində pinqvin Qırmızı körpü (Gürcüstan-Azərbaycan sərhədi) sərhəd keçid məntəqəsindəki Xram çayında aşkarlanıb.

Publika.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, iyunun 14-də baş verən daşqın Tbilisi zooparkında yaşayan heyvanlara da təsir göstərib. Su zooparkın çox hissəsini məhv edib. Heyvanlardan bəziləri şəhərə axışıb, bəziləri isə çay yolu ilə üzərək xilas olmağa çalışıb.

“15 dəqiqə əvvəl bizə zəng edib dedilər ki, Qırmızı körpünün yaxınlığında pinqvin üzür. O, diridir. Onu Tbilisiyə aparmaq üçün hadisə yerinə qrup göndərilib", - zoopark rəhbərliyi bildirib.

Qeyd edək ki, Gürcüstan zooparkına Afrika pinqvinlərini Böyük Britaniyada yerləşən “Living Coasts” zooparkının müdiriyyəti hədiyyə edib.



Reytinq: