Qəribə ailə: arvad ərinin yarısı boydadır » Milliyet.Az

Qəribə ailə: arvad ərinin yarısı boydadır

Qəribə ailə: arvad ərinin yarısı boydadır"Boylarımız çox fərqlidir. Sevdiyim qadın məndən boyca iki dəfə kiçik təsir bağışlayır. Amma onu çox sevirəm, çünki sevgisi, qəlbi mənim boydadır".
28 yaşlı Coelsson Fernandes da Silva belə deyir.

Coelssonun boyu 2,33 metrdir və o, dünyanın ən hündür 3-cü adamı sayılır.

Braziliyada yaşayan da Silvanın xanımı, 21 yaşlı Evem Medeyrosun boyu 1,58 metrdir.
milliyyet.az Aile.lent.az-a istinadən xəbər verir ki, Coelsson və Evem Facebook-da tanış olublar.

"Boyum uca olduğundan məktəbdə məni ələ salırdılar. Ona görə təhsilimi yarımçıq qoydum, məktəbi tərk etdim. 15 yaşımdan sonra evdən çölə çıxmırdım. Boyumdan utanırdım. Məni "Gentle Giant" çağırırdılar, aşağılayırdılar, təhqir edirdilər. Amma Evemlə tanış olandan sonra həyatım dəyişdi. Evem məndə həyata sevgi yaratdı. Boyumdan utanmamağa, onunla birlikdə gəzintiyə çıxmağa, küçələri dolaşmağa başladım. Evem həyatımı dəyişdi. O, mənim balaca mələyimdir", - Coelsson deyib.

Coelsson Braziliyanın şimalındakı Paraiba ştatındakı kiçik kənddə doğulub. Onun anası, 45 yaşlı İvanilde Fernandes da Silvanın dediyinə görə, oğlu uşaqlıq illərindən boyundan əziyyət çəkib.

"Oğlum 8 yaşına çatanda anladım ki, o, anormal sürətlə böyüyür. Coelssonun 14 yaşı olanda onun boyu 1,93 santimetrə çatmışdı. Kənddə yaşayırdıq və evdən çölə çıxmırdı. Həyatının yarısını dörd divar arasında keçirib. Evə qonaq gələndə hətta yan otaqda gizlənirdi ki, kimsə onu görməsin. Amma oğlumun həyatında Evem peyda olandan sonra o, dəyişdi. Tanrıya minnətdaram ki, oğlum bəxtəvərdir", - Coelssonun anası söyləyib.

2007-ci ildə invaziv lazer əməliyyatı vasitəsilə Coelssonun boyunun artması dayandırılmışdı. Amma o yenə böyüdü.

Atası və anası təki qızıl mədənində fəhlə işləyən Coelsson indi həyatından razı olduğunu söyləyib.
  • Sosial şəbəkədə paylaş