» » Nazirlik Yeni il hədiyyəsi payladı


Nazirlik Yeni il hədiyyəsi payladı

26-12-2014, 13:48
Oxunub: 685
Çap et
Nazirlik Yeni il hədiyyəsi payladı


Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edib.

milliyyet.az bildirir ki, Nazirlikdən Axar.az-a istinadən verdiyi məluamat görə, bu gün nazirliyin təşkilatçılığı ilə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Bayram tədbirində otuzdan çox media nümayəndəsi iştirak edib. Nazirlik və Heydər Əliyev Fondu bayram münasibətilə sağlamlıq imkanları məhdud olan uşaqlara yeni ləvazimatlar, inventar, məktəbli forması, geyim əşyaları, dərslik və fənn kabinetləri üçün lazımi avadanlıqlar hədiyyə edilib.

Qeyd edək ki, hazırda məktəbdə nitq qüsurlu 173 uşaq təhsil alır. Onların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.



Reytinq: