
milliyyet.az Xezerxeber-ə istinadən xəbər verir ki, İlkin və Jalə Umudovlar cütlüyü bir neçə gün əvvəl öz dostlarını toylarına "Facebook" vasitəsi ilə dəvət ediblər. Burada "event" yəni, tədbir yaradaraq, toyun keçiriləcəyi ünvanının xəritəsini, restoranın adını və saatını qeyd ediblər.
Gənclərin dostlarının 61 nəfərinin artıq toya gələcəklərini təsdiq etsələr də, bəziləri məhz "Facebook"la dəvət aldıqlarına görə təəccüblərini də gizlətməyiblər.
Sosioloq İzzət Rüstəmov hesab edir ki, sosial şəbəkələrin yayılması pis amil deyil, amma adət-ənənələrin qorunması da vacibdir.
Gənclərin məsələyə münasibəti isə birmənalı deyil.