
Soniya dəbdəbəli saç modeli, həddən artıq makiyajı və açıq-saçıq geyimləriylə diqqət çəkən “Barbie”lərin uşaqların gözəllik anlayışını dəyişdiyini iddia edərək onlara bir az əl gəzdirib. Belə ki, Soniya Sayn öz əl qabilliyyətini işə salaraq marketdən aldığı “Barbie”lərin imicini dəyişib. Başqa sözlə, onları daha “ədəbli” görkəmə salıb.
milliyyet.az Publika.az-a istinadən xəbər verir ki, Soniya əvvəlcə, aseton və pambıq vasitəsilə bu gəlinciklərin üzündəki makiyajı silib onlara yenidən qaş-göz çəkib, saçlarını daha təbii rənglərə boyayıb. Gəlinciklər üçün kiçik paltarlar da toxuyub. Artıq bir çox valideyn Soniyaya müraciət edərək uşaqlarının oynadığı “Barbie”lərin imicini dəyişdirirlər.