Səud rejiminin baş müftisi Şeyx Əbdüləziz ibn Abdullah əş-Şeyx yeni, gülməli fətva ilə gündəmə gəlib

Tez-tez gülməli fətvaları ilə gündəmə gələn Səud müftisi bildirib ki, kişi acından ölmək həddinə çatarsa həyat yoldaşının bədəninin bir hissəsini və ya onu bütövlüklə yeyə bilər. Səudiyyəli müfti bu mövqeyini belə əsaslandırıb ki, ailədə qadın kişiyə tabe olmalıdır, deməli kişi də ölümdən qurtulmaq üçün onu yemək hüququna malik olur.
milliyyet.az-ın verdiyi xəbərə görə, "İslam.az" portalı məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçılara – Hacı Mirhəmid Məmmədov və Hacı Şahin Həsənliyə müraciət edib. İlahiyyatçı Hacı Mirhəmid Məmmədov bu fətvaları gülünc adlandıraraq deyib: "Səudiyyədən gələn belə gülünc fətvalara artıq adət etmişik. Nəinki dinə, hətta insanlığa uyğun olmayan fətvalar verirlir. Bu məsələdə iki məqamı qeyd etməliyik. Birincisi, insan acından ölmək təhlükəsi ilə üzləşdikdə nə edə bilər? Zərurət halında haramdan istifadəyə icazə verilir. Məsələn, donuz və ya it ətindən müəyyən həddə, yəni acından ölməmək üçün yemək olar. İkinci məqam isə ondan ibarətdir ki, dində qadınla kişi arasında fərq qoyulmur. Hər ikisi insandır, hər ikisinin də yaşamaq hüququ var, Qiyamət günü də hər ikisi eyni məsuliyyət daşıyacaq. Həmçinin insanın insan əti yeməsi də yolverilməzdir. Ümumiyyətlə məsələyə, qadın və kişi hüquqlarına yanaşma prinsipi də həm dinə, həm də əqlə ziddir, batildir".
İlahiyyatçı Hacı Şahin Həsənli də, fətvanı gülünc adlandıraraq: "Çox gülünc, eyni zamanda acınacaqlı mövqedir. Dini nöqteyi nəzərdən insanın insanı yeməsi yolverilməzdir. Bu cür fətvalar sağlam məntiqə və ağıla ziddir, heç bir dini mənbəyə əsalanmır. Kişinin də qadın üzərində tam hakim olmaq hüququ yoxdur. Düzdür, ailədə onlar fərqli səlahiyyətlərə malik olan iki fərddilər. Lakin qadının öz hüquqları, kişinin isə öz hüquqları var. Qadın heç də kişinin mülkiyyəti hesab olunmur. Bu fətva artıq müəyyən dairələrin sağlam məntiq və düşüncədən uzaqlaşmasını bir daha sübut edir, müəyyən cərəyanların iç və batil üzünü ortaya qoyur. Qadın və kişi hər ikisi şəxsiyyətdirlər və Allah qatında eyni dəyərə malikdirlər",- deyib.