Dünyanın ən qəribə ölümləri » Milliyet.Az

Dünyanın ən qəribə ölümləri

Dünyanın ən qəribə ölümləriDünya yaranan gündən bu günə qədər baş verən bəzi ölümlər öz qeyri-adiliyi ilə tarixə keçib.

milliyyet.az Axar.az-a istinadən gülüş və təəccüb doğuran bir neçə insan ölümünü oxucularımıza təqdim edirik.

1. 1993-cü ildə ofis pəncərəsinin möhkəm olduğunu sübut etmək üçün özünü var gücü ilə şüşəyə çırpan Qarri Qoy adlı şəxs pəncərinin qırılması nəticəsində 10-cu mərtəbədən yıxılaraq ölüb.

2. 1940-cı ildə ilk dəfə atasının məzarını ziyarət etmək üçün qəbiristanlığa gedən Markus Qarvey adlı şəxs öz ad və soyadını məzar daşında görüncə infarkt keçirərək ölüb.

3. Həyatı boyunca ölümsüzlük axtarışında olan və civə tərkibli həblər qəbul edərək ölümsüz olacağını düşünən Çin imperatoru Qin Şi Xuanq içdiyi həblərin zərərli təsirindən dünyasını dəyişib.

4. Döyüş vaxtı at üzərində düşmənin kəsilmiş başını əlində tutaraq zəfər çaldığını nümayiş etdirən Siqurd Eysteinsson adlı şəxs kəsik başdakı bir dişin bədəninə batması ilə infeksiyaya yoluxub. Siqurd 892-ci ildə məhz bu infeksiya səbəbindən ölüb.

5. Dünyanın ən gülünc ölümlərindən birinə səbəb Viktor Makyelin adlı şəxsin şprislə damarına şorba vurmasıdır. Damarını şorba ilə dolduran Viktor tezliklə dünyasını dəyişib.

6. 2011-ci ildə Rusiyada kliniki ölüm keçirən, lakin həkimlərin ölüm diaqnozu qoyaraq birbaşa morqa göndərdiyi Faqilyu Muxametzyanov adlı şəxs dəfn mərasimində oyanıb. Oyanarkən özünü tabutda görən şəxsin qorxudan ürəti partlayıb.

7. Ən inanılmaz ölümlərdən biri də Homer Kolyer adlı şəxsin başına gəlib. 1947-ci ildə evindəki bütün əşyaları evin ortasına dağıdan, evdə zibillik təsəvvürü yaradan Kolyer sonda evdən çıxış qapısını tapa bilməyib. Nəticədə Homer Kolyer yaşadığı evdə acından ölüb.

8. Eşidərkən gülmədən keçməyəcəyimiz ölüm isə budur: 2013-cü ildə Joao Maria de Souza adlı şəxs başına inək düşməsi nəticəsində ölüb.

9. 1911-ci ildə Paris şəhərində Eyfel qülləsinə çıxan Frans Reikelt adlı şəxs əynindəki mantonu çıxararaq paraşüt əvəzi istifadə etməyi qərara alıb. Düşündüyünü həyata keçirərək qüllənin zirvəsindən tullanan Frans yerə düşərək parça-parça olub.
10. Silahlı hücuma məruz qalan və şans nəticəsində həyatda qalmağı bacaran Klement Vallandiqham adlı şəxs bir müddət sonra başına toplaşan insanlara necə vurulduğunu izah edərkən ehtiyatsızlıqdan özünü öldürüb.
  • Sosial şəbəkədə paylaş