» » Meşədə azan uşaq deyir ki, iki gün ərzində ayı onu qoruyub


Meşədə azan uşaq deyir ki, iki gün ərzində ayı onu qoruyub

29-01-2019, 00:55
Oxunub: 112
Çap et
Meşədə azan uşaq deyir ki, iki gün ərzində ayı onu qoruyub


ABŞ-ın Şimali Karolina ştatında yaşayan 3 yaşlı uşağın başına qəribə hadisə gəlib.
Bizimyol.info xəbər verir ki, nənəsinin evinin qarşısında oynayan Keysi Hatauey diqqətdən kənarda qalaraq evdən uzaqlaşıb. Bir də xəbər tutub ki, artıq meşədədir. Onu iki gün gecə-gündüz axtarıblar. Uşağı Liza Fraker adlı yerli sakin tapıb. Axşamüstü həyətlərində kiminsə ağladığını görüb və beləcə, Keysi tapılıb.

Uşaq bu iki gün ərzində möhkəm üşüyüb, amma ciddi xəsarət almayıb. Kiçik cızıqlardan başqa hər hansı yara gözə dəyməyib.

İndi Keysi iddia edir ki, iki gün meşədə ayı ilə birlikdə olub. Guya vəhşi heyvan onu başqa yırtıcılardan qoruyurmuş. Valideynləri ona çox da inanmır. Çünki Keysi məşhir “Maşa və ayı” cizgi filminin pərəstişkarıdır. Uşaq hadisəni özündən uydura da bilər.



Reytinq: