
“Microsoft” şirkətinin qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan Bill Qeyts Setl şəhərində görüntülənib.
MİLLİYET.az xəbər verir ki, milayrder 3 dollarlıq hamburger almaq üçün bir müddət növbədə gözləyib.

Şəxsi sərvəti 105,1 milyard dollar olan 63 yaşlı amerikalının 3 dollarlıq yemək üçün növbədə gözləməsi ətrafdakıları şoka salıb.
Həmin anların görüntüləri şəhər sakini tərəfindən feysbukda paylaşılqdan sonra “Microsoft” kollektivi də internetdə yayımlayıb.
Bir çox insan Qeytsin bu davranışını təqdir edib.