» » 8 yaşlı oğlan imtahansız universitetdə oxuyacaq: Fantastik İQ səviyyəsi var


8 yaşlı oğlan imtahansız universitetdə oxuyacaq: Fantastik İQ səviyyəsi var

2-07-2018, 00:10
Oxunub: 705
Çap et
8 yaşlı oğlan imtahansız universitetdə oxuyacaq: Fantastik İQ səviyyəsi var

Belçikada 6 illik orta məktəbi 1,5 ilə bitirən Laurent Simons adlı oğlan birbaşa universitetdə təhsil alacaq.
Publika.az xəbər verir ki, hadisinin ən qəribə tərəfi oğlanın 8 yaşının olmasıdır.

İQ səviyyəsi 145 olan Laurent ən sevdiyi dərsin riyaziyyat olduğunu bildirib. O, gələcəkdə həkim və ya astronavt olmağı arzulasa da, qərarını dəyişərək İnformasiya Texnologiyaları sahəsində işləməyi üstün tutub.

Laurentin atası oğlunun digər uşaqlarla və oyuncaqlarla oynamadığını və xüsusi istedada malik olduğunu söyləyib. O bildirib ki, oğlu usta olmağa da qərar versə, onun istəklərinə hörmətlə yanaşacaqlar.



Reytinq: