» » 2030-dan gəldiyini iddia edən gənc yalan detektorundan keçdi – VİDEO


2030-dan gəldiyini iddia edən gənc yalan detektorundan keçdi – VİDEO

15-02-2018, 23:23
Oxunub: 595
Çap et
2030-dan gəldiyini iddia edən gənc yalan detektorundan keçdi – VİDEO

“YouTube”-da yayımlanan Apex Tv kanalında verdiyi açıqlamalarla hələ ötən ildən məşhurlaşan Noah adlı şəxs 2030-cu ilə zaman yolçuluğu etdiyini iddia edib. Bu iddiadan sonra populyarlaşıb ABŞ-ın nüfuzlu telekanallarına dəvət alan gəncin gələcək barədə söylədikləri əslində nüfuzlu elm adamlarının proqnozları ilə üst-üstə düşür. Gəncin dediklərinin doğru olub- olmamasını yoxlamaq üçün onu ən həssas və müasir yalan detektorunda sınaqdan keçiriblər.
Noahın bildirdiyinə görə, 2020-də Donald Tramp yenidən prezident seçiləcək. Bitcoin isə getdikcə aktivliyini artıracaq, daha çox istifadə olunacaq və qiyməti yüksələcək. Oğlanın gələcəkdən gətirdiyi özəl xəbərlərdən biri də budur ki, 2021-ci ildə süni intellekt insanların həyatında daha böyük yer tutmağa başlayacaq, sürəti saatda 900 kilometr saat təşkil edən elektromobillərdən istifadə genişlənəcək. Onun ən iddialı açıqlaması isə belədir ki, insan oğlu 2028-ci ildə Marsda məskunlaşacaq. Və ən nəhayət 2030-cu ildə insan oğlu zamanda yolçuluğun kəşf edildiyi barədə ictimai açıqlama verəcək.

Noah barəsində verilən daha bir qəribə xəbər budur ki, əslində 25 yaşında görünməsiunə baxmayaraq o, 50 yaşında olduğunu iddia edir. Noah gənc görünüşünün sirrinin zaman yolçuluğu ilə bağlı olduğunu söyləyib. Söylədiklərinin yalan olmadığını isbatlamaq istəyən Noah yalan detektorundan keçib və dedektor onun yalan söyləmədiyini təsdiqləyib. (Bizim Yol)



Reytinq: