İnanılmaz adət: Yas üçün 200 camış kəsə bilməyənlər illərlə ölüylə eyni evdə yaşayırlar (Fotolar, Video 18+) » Milliyet.Az

İnanılmaz adət: Yas üçün 200 camış kəsə bilməyənlər illərlə ölüylə eyni evdə yaşayırlar (Fotolar, Video 18+)

İnanılmaz adət: Yas üçün 200 camış kəsə bilməyənlər illərlə ölüylə eyni evdə yaşayırlar (Fotolar, Video 18+)


İndoneziyada yaşayan Toradca adlı kiçik xalqın qəribə yaşam tərzi var. Bu xalqın nümayəndələri bütün ömürlərini ölümə , daha doğrusu, yas mərasimlərinin təntənəli keçirilməsinə hazırlıq aparmağa sərf edirlər. Taracilər İndoneziyada ən varlı kastası hesab olunur. Onlar damı qayığa bənzər evlərdə yaşayırlar. Burada yas mərasimləri toy mərasimlərindən qat-qat şən və maraqlı keçir.
Belə ki, toradcilər yas mərasimində ölülərini mütləq şəkildə gülə-gülə, oynaya-oyanaya musiqi sədaları altında yola salırlar. Ölən şəxsin yaxınları hamıdan çox gülməlidir. Bu, bir borcdur. Yas mərasiminin ən maraqlı məqamı yasda neçə dənə camışın kəsiləcəyidir. Hər orta səviyyəli taraci yas mərasimində ən az 150 camış kəsib ehsan verməlidir. Bu ölkədə camış ən qiymətli heyvan hesab edilir və yaxşı camışın qiyməti minlərlə dollaradək ola bilir. Arıq, xəstə, zəif camış kəsmək olmaz. Bir ölünü axirətə yola salmaq taracilərə bəzən yarım milyon dollara başa gəlir.

Yas mərasimində camışlar kəsilməzdən öncə gələn qonaqları əyləndirmək üçün camış döyüşləri keçirilir. Yasa gələn qohum əqrəbalar da ev sahibinə yardım üçün camış gətirilər. Yas sahibi nə vaxtsa bu camışı həmin şəxsin əzizi ölərkən geri qaytarmağa borcludur. Bəs bu qədər camışı kəsməyə imkanı olmayanlar neyləyirlər?
İnanılmaz adət: Yas üçün 200 camış kəsə bilməyənlər illərlə ölüylə eyni evdə yaşayırlar (Fotolar, Video 18+)



Hazır olun, indi eşidəcəyiniz fakt qanınızı donduracaq. Yas sahibi 150 camışı alacaq qədər pul toplayana qədər ölünü evdə saxlayır. Ölünü formalinləyirlər və geyindirib, keçindirib evdə saxlayırlar. Bəzi ölülər hətta 5 ilə qədər qohumlarının evində qala bilir. Camışların kəsilib gülməli-əyləncəli yas mərasiminin təşkil olunması mütləq şəkildə şərtdir. Daha bir maraqlı məqam da formalinlənmə ilə bağlıdır. Sizcə, bunu tibb işçiləri və ya hər hansı mütəxəssislərmi həyata keçirir? Əsla. Bu bir növ bizdə mürdəşirlik edən adamlar kimi təsadüfi insanlar olur.



Əsas odur ki, ölüdən çəkinməyən adamlar olsunlar. Onlar ildə bir neçə dəfə gəlib köhnə ölünü formalinləyirlər. Bu prosedur üçün isə təxminən 20 min dollar vəsait tələb olunur. Göründüyü kimi, burada ölmək yaşamqdan qat-qat çətindir. Amma taracilər bu ənənələrini əsla dəyişmək istəmirlər. Onlar hələ dəfn edə bilmədikləri ölülərini bayramlarda geyindirib üzə çıxarır, özləri ilə birlikdə şənliklərə aparırlar. Ölülərini yandırdıqdan sonra onların kəllə sümüklərini və külünü də qayalardakı oyuqlarda saxlayırlar. Kül nə qədər yüksəklikdə yerləşdirilərsə, bu, bir o qədər yüksək statusdan xəbər verir. Basdırılan ölülərin isə qəbirlərinin yanında taxtadan kuklalarının yerləşdirilməsi adəti var.
İnanılmaz adət: Yas üçün 200 camış kəsə bilməyənlər illərlə ölüylə eyni evdə yaşayırlar (Fotolar, Video 18+)



Ümumiyyətlə, indoneziyada ənənə deyərək bir çox qəribə rituallara insanlar hələ də boyun əyməkdədirlər. Burada hələ də müxtəlif qəbilələrdə yaxınları ölən qadınların barmaqlarını kəsirlər. Kişilər isə öz qulaqlarını və ya bədənlərinin müxtəlif nahiyələrini kəsib atırlar.
  • Sosial şəbəkədə paylaş