» » İtlərinə toy edən biznesmen danışdı - VİDEO


İtlərinə toy edən biznesmen danışdı - VİDEO

24-04-2017, 14:54
Oxunub: 619
Çap et
İtlərinə toy edən biznesmen danışdı - VİDEO


İş adamı Qalib Mustafayev itlərin “evləndirilməsi” ilə bağlı məclisdən danışıb. Azvision.az-ın xəbərinə görə, o bildirib ki, həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içirmişlər.

“Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoyunumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.
Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.



Reytinq: