» » Dünyanın ən bahalı notbukları


Dünyanın ən bahalı notbukları

7-12-2014, 01:58
Oxunub: 721
Çap et
Dünyanın ən bahalı notbukları
Gündəlik həyatımızın böyük bir hissəsini xərclədiyimiz texnoloji avadanlıqlardan biri də kompüterlərdir. Personal kompüterlərdən daha yüngül və daşınması daha rahat olan notbuklara isə bəzi insanlar dizaynına, bəziləri texniki göstəricilərinə görə qiymət verir.

Milliyət.az Axar.az-a istinadən xəbər verir ki, dünyanın ən bahalı notbukları bunlardır.

10. “Lenovo - ThinkPad W540” – 2.300 $


“Lenovo” şirkətinin məhsulu olan bu model “Thinkpads” xətti üzrə bütün mükafatları qazanıb. Modelin ekran ölçüsü 15.5 düyümdür, barmaq izi tanıma funksiyası və əfsanəvi erqonomik klaviaturaya sahibdir.


9. “Acer - Ferrari 1100” – 3.000 $

Məşhur “Ferrari” brendinin elementləri üzərində hazırlanan bu model kifayət qədər xoş görünüşə malikdir. Daxili əməliyyatları yerinə yetirmək üçün notbukun kənarlarında nəzərdə tutulan düymələr isə istifadəçilərin işini daha da rahatlaşdırır.

8. “Alienvare – 18” – 3.600 $


Ölkəmizdə məşhur olmayan bu brend əsl oyun həvəskarlarının bütün istəklərinə cavab verməyə qadidir. “Vindovs - 8.1 Pro” əməliyyat sistemi ilə idarə olunan model “İntel”in 4-cü nəslindən olan (R) İ7 prosessoru ilə təchiz olunub. Bir çox mütəxəssisin fikrincə, “Alienvare” dünyanın ən güclü portativ kompüteri adına layiqdir.

7. “Dell - Mobile Precesion M6800” – 3.800 $


“Dell - M6800” son dövrün müasir texnoloji qrafikalarını asanlıqla canlandırmaq gücünə malikdir. Yüksək keyfiyyətli səs və qrafik görüntülərə sahibdir.


6. “Stealth MacBook - Pro ColorVare” – 6.000 $


Dizaynında yalnız qara rəngdən istifadə olunan model 15 düyümlük ekrana sahibdir. Bir çox müasir tələblərə cavab verən “MacBook” məhdud sayda buraxılıb.


5. “Voodoo - Envy 171” – 6.500 $


2012-ci ildə ərsəyə gələn bu dəbdəbəli kompüter markasının istehsalçısı Hevlet Paskarddır. “Voodoo-Envy 171” adi portativ kompüterdən daha çox iş qabiliyyətinə malikdir. Parıltılı qırmızı rəngli korpusu ilə cəlbedici görüntüyə sahibdir.


4. “Ego For Bentley” – 20.000 $


İlk baxışda qadın çantası təsəvvürünü yaradan noutbuk üzərində, Britaniyanın məşhur brendi “Bentli”nin elementlərini daşıyır. “Bentli” avtomobilinin interyerinə uyğun tikişlərlə dizayn edilən noutbuk cəmi 250 ədəd istehsal edilib. Modelin qiyməti 20.000 ABŞ dolları olaraq göstərilib.

3. “MacBook Pro” – 30.000 $

Bu portativ kompüter yüksək texniki göstəriciləri ilə bərabər özündə bir zənginlik də təcəssüm edir. Üzəri qızılla örtülən noutbuk məhdud sayda istehsal edilib.

2. “Tulip E-Go Diamond” - 350.000 $


Üzərində zanbaq loqosu ilə istehsal edilən çanta görünüşlü bu noutbuk dünyanın ən bahalı portativ kompüterləri sırasında ikinci yerdə qərarlaşıb.


1. “Luvaglio” – 1.000.000 $


“Luvaglio” dünyanın ən bahalı portativ kompüteridir. Modelin ərsəyə gəlməsində almaz, ağ qızıl və dəridən istifadə olunub.Yüksək göstəricili spesifikasiyalara sahib olan model 17 düyümlük ekrana sahibdir.


Qeyd edək ki, göstərilən qiymətlər Avropa bazarının alıcılara təqdim etdiyi qiymətlərdir.

Dünyanın ən bahalı notbukları



Reytinq: