Bunu da gördük: iPhonedən başı daşı düzəltdirdi - FOTOLAR » Milliyet.Az

Bunu da gördük: iPhonedən başı daşı düzəltdirdi - FOTOLAR

Bunu da gördük: iPhonedən başı daşı düzəltdirdi - FOTOLAR


Qazaxıstanda ailə dünyasını dəyişən oğlunun qəbir daşını “İphone” formasında hazırladıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Zanqaru Orınbetovun qəbrinin bu formada olması ailəsinin seçimidir.

Buna səbəb isə oğullarının texnologiya sahəsinə olan marağı, hətta “iPhone”a tətbiqi mümkün olan Qazax dilində “ağıllı” klaviatura hazırlamasıdır.

O hətta “Apple” şirkət nümayəndələrinin dəvəti ilə ABŞ-da öz layihəsini təqdim edib. ABŞ-da səfərindən bir ay əvvələ innovasiya layihələrinin müsabiqəsində iştirak edib və 1,5 milyon təngə ölçüsündə qrant qazanıb. Lakin Z.Orinbetov iOS-da klaviaturasını tətbiq etmək ideyası həyata keçirə bilmir. Çünki keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

İndi onun ideyasını bacısı və dostu davam etdirmək istəyir. Lakin layihənin tamamlanmasında maliyyə ilə bağlı problemlər var. Bunun üçün isə ailə Z.Orinbetovun qrant müsabiqəsində qazandığı məbləğin qalanını almaq istəyir. Ailə idia edir ki, müsabiqə təşkilatçıları yalnız mükafatın yarısını verib. Qalanı isə ödənilməyib. Həmin vəsait ödənilsə, ağıllı klaviatura ilə bağlı oğlundan yarımçıq qalan işlər tamamlana bilər.
  • Sosial şəbəkədə paylaş