» » Bu adam 65 il qəpik yığdı - İlginc səbəb-VİDEO


Bu adam 65 il qəpik yığdı - İlginc səbəb-VİDEO

21-01-2015, 21:27
Oxunub: 629
Çap et
Bu adam 65 il qəpik yığdı - İlginc səbəb-VİDEO

65 il ərzində əlinə keçən bütün qəpikləri bir kənara yığdı, sonda sahib olduğu bütün sikkələri bank hesabına yatırdı. Amerikalı Ayre Keysi dünyanın ən səbrli insanlarından və ən sözə baxan övladlarından biri adlandırmaq olar. 16 yaşından bu yana bütün qəpiklərini toplayan Ayre yığdığı nə az, nə çox 81 min qəpiyi banka qaytarıb.

milliyyet.az ATVxəbər.az-a istinadən bildirir ki, Ayre hələ yeniyetmə yaşlarında olanda atası ona məsləhət görüb ki, əlinə keçən qəpiklərə qənaət eləsin. Atasının sözü ona elə təsir edib ki, Ayre o gün bu gündür mağazalardan ona qaytarılan bütün xırda pulları evdə saxlayır. Söhbət indi nə az, nə çox 226 kq qəpikdən gedir.

81 min qəpik çəkidə kifayət qədər ağır olsa da, qiymətdə o qədər də ağır gəlməyib. Həmin pulların böyük əksəriyyəti on illərdir dövriyyədən çıxdığından, 81 yaşlı amerikalı banka qoyduğu 81 min qəpiyin müqabilində cəmi 816 dollar qazanıb.

Texas ştatında yaşayan Ayre Keys 2014-cü ilin sona çatması ilə qəpik toplamağı da dayandırıb. Onun 81 min qəpiyi apardığı bankın rəhbərliyi əvvəl bu qədər dəmir parçasını qəbul etmək istəməsə də, sonradan əməyə hörtmətlə yanaşaraq nəhəng kolleksiyanı satın almağa razılıq verib.



Reytinq: