» » ŞOK-ŞOK-ŞOK


ŞOK-ŞOK-ŞOK

28-01-2016, 15:36
Oxunub: 1480
Çap et
ŞOK-ŞOK-ŞOK


Bəli günümüzdə doğruları yazan həm jurnalist, həm də blogger azdır ki, səbəbi özümüzdə yox işlədiyimiz sayt , qəzet yada teleyayım qurumlarında görək. Göründüyü kimi deyil heçnə, oxuyucu kütləsini xarici ölkələrdə yox öz ölkəmizdə axtaraq. Kanallarımız doğru xəbər vermək əvəzinə harda ərindən ,arvadından ya da övladından bezən kütlə var, bax onları efirdə elə təqdim edir ki, adamın papağını çıxardıb düz 1 saat fikirləşməyə məcbur edir. Səbəbi yazmağa heçdə ehtiyac yoxdur artıq vaxt itgisidir. “Maşın Təyyarrəni vurdu” başlıqı altında sosial şəbəkələrdə xəbər paylaşan sayta daha da maraqım artdı və oxumaq qərarına gəldim sonda oxumaq yaddan çıxdı gülməkdən cəmiyyət içində olduqumu unutdum. Bir sayt nəyə görə belə başlıq versin axı ? İçində yazılan xəbər sizlərədə maraqlı gələr ki , maşın hara, təyyarrə hara ? Əzizlərim Təyyarrə Əliyeva adlı xanımı maşın vurub ki, bundan da istifadə edən ağıllı sayt rəhbərliyi belə xəbər yayıb. Sözüm heç də belə yazılarda deyil nəyə görə də olsun ki ? Axı bu cəmiyyət belə yazıları bəyənir. Keçən il idi səhv etmirəmsə belə bir xəbər verilmişdi hansısa sayt ki, “ Kütləvi qəza baş verib ölənlər çoxdur” Xəbəri oxudum bu səfərdə milləti qoyun yerinə qoyan sayt həqiqətdən də kütləvi qoyun qətlində yazırmış ki, kamaz aşıb şöfer və 30 -a yaxın qoyun həlak olub. Allah rəhmət eləsin nə deyək?Düşündüyüm budur :-qardaş həqiqət üzünə həsrət qalan bu millətdir və olara doğru xəbəri verən 3-4 qəzet 7-8 sayt var ki, olarıda oxuyan az olur, səbəbsə olar hansısa müğənnin ad günündə soyunmasından nə də şou brazzers əhlindən yazmır.Gəlin belə bir şeyi təssəvür edəki ki , bir ordu var, o ordu ki, Azərbaycan əsgəri səngərlərdə bizi qoruyur və biz onlara görə rahat yatırıq və birdən bir ölüm xəbəri gəlir “Erməni əsgərinin atşəşi nəticəsində ordumuzun flan nömrəli hərbi hissəsində Flankəsov Flankəs ,Flankəs oğlu Flan yaşada şəhid oldu” Ölən əsgər adi insan deyil o, artıq Vətəni uğrunda Şəhid olmuş Azərbaycan əsgəridir. Bunu belə yazmaq əvəzinə teleyayım kanallarımız “Türkiyədə PKK-nın şəhid elədiyi Türk əsgərinə baş sağlıqı verib üzülür, yaltaqlıqdan az qala ağlayır ki, nədi-nədi reyting vuracaqlar. Bəsdirin artıq biz sizin kim olduğunuzu çoxdan bilirik. Çıxıb efirdə həqiqət danışmaq əvəzinə Titanikdə ölən hansısa qızın 1912ci-ildə geydiyi şalvarın hansı şirkətə aid olduğunu araşdırırlar. Bizim saf millətədə maraqlı gəlir axı o , görəsən nədir ? maraqlı gəlmir ki o, sabah nə yeyəcək ya,da nə içəcək. O, uşaqını hansı pulla məktəb yola salacaq. Nəysə Şok-Şok-Şok 63 Yaşlı kişi tovuzquşunu zorladı adı altında verilən xəbərə baxaq . Bizə lazım deyil Qarabağ. Dollar niyə bizim ölkəni yıxıb sürüyür, ya da bizi sabaha nə məcbur edir? Indiki zamanədə övladımıza nə vədd edəcəyik.. Yenə də 20:00 olan xəbərlər verlişi efirdədir və yenə də rüşvətsiz ölkənin sakinləriyik.Vertaliyot Əlizadəni infakt vurdu....

Kamran Musazadə



Reytinq: