Dollar 1,50 manatdan aşağı düşüb » Milliyet.Az

Dollar 1,50 manatdan aşağı düşüb

Dollar 1,50 manatdan aşağı düşüb

Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların satış qiyməti 1.4986 manat olub.

İnterAz xəbər verir ki, bu barədə “Marja”ya bank sektorundan bildirilib. Mərkəzi Bank 19 May üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı qiymət ətrafında olur.

Əgər sabaha olan USD/AZN məzənnəsi 1.4986 səviyyəsində elan olunarsa, bu Dolların Manat qarşısında ucuzlaşması deməkdir (Bu gün USD/AZN 1.5017). Baxmayaraq ki, bu gün Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitin böyük bir hissəsi Mərkəzi Bank və kommersiya bankları tərəfindən alınıb.
  • Sosial şəbəkədə paylaş