» » Dolların məzənnəsi 11 illik maksimuma çatıb


Dolların məzənnəsi 11 illik maksimuma çatıb

17-01-2015, 12:41
Oxunub: 931
Çap et
Dolların məzənnəsi 11 illik maksimuma çatıb

İsveçrə Milli Bankının yaydığı xəbərə görə, ABŞ dolları avroya qarşı məzənnələri 11 illik maksimuma çatıb. Avro sonuncu dəfə bu valyutalara qarşı 2012-ci ilin iyulunda minimal həddə düşüb. milliyyet.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi (Mario Draghi) alman rəsmiləri ilə keçirdiyi brifinqdə deyib.
Məlumata görə, son 5 gündə dollar Yaponiya yeninə qarşı 2004-cü ildən bəri ən yüksək həddə çatıb.
"Bank of Montreal"in qlobal xarici valyuta strategiyası idarəsinin rəhbəri Qreq Anderson (Geg Anderson) "Reuters"ə müsahibəsində deyib ki, bu, "dollar hekayəsi"nin yalnız bir hissəsidir: "Başqa alternativlər axtarmaq heç də cəlbedici deyil. Dünən hamı anladı ki, gələn həftə Avropa Mərkəzi Bankı daha aqressiv davranacaq".
Dünyada məlum olan valyuta ehtiyatlarının təxminən 63%-i dollarla saxlanılır. Bu gün səhərə olan məlumata görə, Nyu-Yorkda dollar avroya qarşı 0,6% bahalaşaraq bir avro 1,1567 dollara bərabər olub ki, bu da 2003-cü ilin noyabrından sonra Avropa valyutası üçün ən aşağı həddir. Həmin vaxt avro 1,1460 dollara dəyişdirilib.
İsveçrə frankı isə avro qarşısında 1,9% ucuzlaşaraq 99,41-ə, dollar qarşısında isə 2,3% enərək 85,87-yə düşüb.



Reytinq: