» » Dollar kəskin bahalaşacaq - ŞOK PROQNOZ


Dollar kəskin bahalaşacaq - ŞOK PROQNOZ

23-04-2016, 14:04
Oxunub: 1515
Çap et
Dollar kəskin bahalaşacaq - ŞOK PROQNOZ

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. Bu barədə "Reuters" agentliyi yazır.

Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək. İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq.

Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.

Qeyd edək ki, martda baş tutan son iclasda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib. (APA)



Reytinq: